Bakı finalı zamanı Məsut Özil "Arsenal"ın baş məşqçisini təhqir edib
İngiltərənin “Çelsi” klubu ilə Bakıda keçirilən Avropa Liqasının final oyunu zamanı “Arsenal”ın düşərgəsində qalmaqal baş verib.
“Report” “Hürriyet”ə istinadən xəbər verir ki, türk əsilli yarımmüdafiəçi Məsut Özil əvəzlənərkən baş məşqçi Unay Emerini təhqir edib.
O, 77-ci dəqiqədə meydana çıxdığı zaman ispaniyalı mütəxəssisə “Sən məşqçi deyilsən” söyləyib.
Daha əvvəl “Arsenal”ın yay transfer dövründə Özili satmağa hazır olduğuna dair xəbərlər yayılıb. Lakin ildə 20,3 milyon avro maaş alan türk əsilli futbolçunun istəyini tam təmin etməyə istənilən klub hazır deyil. 31 yaşlı yarımmüdafiəçi 2018/2019-cu illər mövsümündə İngiltərə Premyer Liqasının 24 oyununda 5 qol və 2 məhsuldar ötürmə müəllifi olub.
Qeyd edək ki, Bakıdakı final qarşılaşmasında “Arsenal” “Çelsi”yə 1:4 hesabı ilə uduzub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi