“Təfəkkür” Universiteti dövlət idarəsini məhkəməyə verdi
Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İri sığortaedənlərlə iş idarəsini məhkəməyə verib.
Oxu.Az-ın xəbərinə görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən universitet 1 yanvar 2012-ci ildən 1 oktyabr 2018-ci ilin üçüncü rübü də daxil olmaqla, təqdim edilmiş dəqiqləşdirilmiş hesabatların qəbul edilməməsi kimi hərəkətlərin qanunsuz hesab edilməsi barədə tələb irəli sürüb.
Məhkəmə iddianı mümkünsüz sayaraq qərardad çıxarıb.
Həmin qərardaddan narazı qalan Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardadı dəyişdirmədən saxlayıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
