Bağırsağı anadangəlmə bağlı olan bir günlük körpə …
Bakıda bağırsağı anadangəlmə bağlı olan körpə doğulub. Körpədə doğulduğu andan etibarən qusma, ciddi köp, qarında göyərmə, nəcis ifrazının olmaması əlamətləri qeydə alınıb.
E-tibb.az bildirir ki, bu barədə uşaq cərrahiyyəsi və urologiyası uzmanı, Mərkəzi Klinkanın həkimi Fuad Hüseynov məlumat paylaşıb. Onun sözlərinə görə, doğulduğu klinikada uçağın cərrahi əməliyyat olunmasına qərarı verilib, lakin valideynlərinin istəyi ilə körpə təcili Mərkəzi Klinikaya köçürülüb: “Biz də 1 günlük, çəkisi 3 kq olan körpəni təcili cərrahi əməliyyata almaq məcburiyyətində qaldıq. Əməliyyat zamanı məlum oldu ki, körpənin hələ ana bətnindəykən bağırsağında özbaşına deşilmə olub. Körpənin bu halda olmasının səbəbi nazik bağırsağın bağlı olmasıdır , nəcis aşağıya keçə bilmədiyi üçün yuxarıdakı bağırsaqlarda ciddi genişlənmə mövcud idi,aşağı bağırsaqlar ümumiyyətlə, işləməyib. Əməliyyat zamanı bağırsağın bağlı olan hissəsi kəsilib çıxarıldı, bağırsaqlar uc-uca tikildi, qarın boşluğu yuyulub təmizləndi.
Təbii ki, belə körpənin yeni həyatına uyğunlaşması, qidalanması normal uşaqlardan dəfələrlə çətin olur. Neonotoloqlarımızın sayəsində körpə bu çətinliyin öhdəsindən uğurla gəldi. Hazırda tam sağlam evlərindədir”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Trampdan İrana ən sərt xəbərdarlıq: "Hörmüzdə hücum olsa, cavab ağır olacaq"
İsrailli nazir: Türkiyə ilə hərbi qarşıdurma sabah da baş verə bilər
Zelenski ABŞ-yə səfərə hazırlaşır
Tramp İrana sərt xəbərdarlıq etdi
Özgür Özəl 400 min üzvü arxasınca apardı - İLGİNC DETALLAR
Ermənistanda fermerlər üsyana qalxdı – Paşinyanı axtarırlar