Bağçada şiddət iddiası: Valideyn və müəssisə üz-üzə
Sosial şəbəkələrdə bir azyaşlı uşağın bağçada şiddətə məruz qalması ilə bağlı iddialar yayılıb. Uşağın valideyni, övladının üzündəki göyərtiləri göstərən fotolar paylaşaraq, bu izlərin tədris müəssisəsində yarandığını bildirib.
Minval.info xəbər verir ki, məsələ ilə bağlı tədris müəssisəsindən verilən açıqlamada uşağın üzündəki göyərtilərin müəssisədə və şiddət nəticəsində yarandığını təsdiqləyəcək konkret sübutların olmadığı bildirilib. Müəssisə rəhbərliyi, “Uşaq oynayarkən, qaçarkən və ya yıxılarkən belə izlərin yaranması mümkündür. Hər bir göyərtini şiddət faktı kimi təqdim etmək üçün konkret sübutlar olmalıdır. Bizim müəssisədə hər yer kameralarla müşahidə olunur və valideynlərin də bu kameralara çıxışı var. Əgər uşağa qarşı hər hansı şiddət göstərilibsə, bunu görüntülərdən müəyyənləşdirmək mümkündür”, – deyə qeyd edib.
Müəssisədən əlavə olaraq bildirilib ki, valideynin təqdim etdiyi fotolar arasında yalnız bir göyərtinin tədris müəssisəsində yarandığı məlumdur və həmin hadisənin kamera görüntüləri mövcuddur. Valideyn özü də bu görüntülərə baxıb və uşağın yıxılması nəticəsində üzündə kiçik göyərti yarandığını təsdiqləyib. Tədris müəssisəsi, “Biz demirik ki, uşaq heç vaxt burada yıxıla bilməz. Uşaqdır və belə hallar hər yerdə baş verə bilər. Amma uşağın bədənində görünən hər göyərtini heç bir sübut olmadan tədris müəssisəsində şiddət faktı kimi təqdim etmək də doğru deyil”, – deyə vurğulayıb.
Müəssisə, indiyədək valideynlə münasibətlərdə uşağa qulluqla bağlı yalnız bir nöqsanın qeydə alındığını və bu səhvin də qəbul edildiyini bildirib. “Biz səhvimiz olanda onu gizlətmirik və məsuliyyətimizi qəbul edirik. Amma yol verilmiş bir səhlənkarlıqla uşağa fiziki şiddət göstərilməsi tamam fərqli məsələlərdir. Şiddət çox ciddi ittihamdır və belə bir ittiham irəli sürülürsə, onun konkret sübutu da olmalıdır”, – deyə tədris müəssisəsindən bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Windows 11 yeniliyi oyunları yavaşlada bilər
Jurnalist Samir Qurbanovun oğlu faciəvi öldü
Ağa Hacıbəyli: Müasir insanın tənhalığı artır
Nahar vaxtı arıqlamağa təsir edir: Araşdırma
Elgiz Əkbərdən yeni veriliş: "Şadlıq olsun
Çində hamilə robot: Gələcəyin analığı?
Şəkinin bəzi kəndlərində qaz müvəqqəti kəsiləcək