“Bəzi səfirlərimiz xaricdə başqa qurumlarla əməkdaşlıq edirlər”
“Rusiyanın Ukraynaya təcavüzü nəticəsində qaçqın düşmüş soydaşlarımızın vəziyyətinin ağırlığı xeyli dərəcədə Moldova səfirliyinin üzərinə düşmüşdü. Bununla əlaqədar Qüdsi Osmanov haqqında müsbət bir rəy yaranıb. Lakin eyni söz Ukraynadakı səfirliyimiz haqqında deyilmirdi. Yəqin ki, ciddi faktlar və əsaslar olub ki, belə emosional ifadələr işlədilib. Hesab edirəm ki, bu məsələyə qiyməti Xarici İşlər Nazirliyi verməlidir”.
Bunu Bakupost.az -a açıqlamasında Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanovun Türkiyədəki diplomatik korpusumuz barədə işlətdiyi ağır ifadələrə münasibət bildirərkən deyib.
Onun fikrincə, səfirliklərimiz qapalı çalışdığından barələrindəki ümumi ictimai rəy neqativdir: “Səfirliklərin təşəbbüskar olmaması, bəzilərinin öz funksiyalarına daxil olmayan işlərlə məşğul olması barələrində neqativ rəyin formalaşmasına gətirib çıxarıb”.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür