Bəstəkardan Rəqsanəyə: “13 min dolları kim verəcək?”
Jurnalist Ülviyyə Alovlunun Rəqsanəni gördürdüyü işlərə görə bir çox musiqiçi, jurnalist və hətta geyim satıcılarına pul ödəmədiyini açıqlayıb.
Müğənni isə onun ittihamlarına cavabsız qalmayıb:“Türkiyədə aranjeman bəstəkar Hacı Nazimlə olub. Ona 3 min dollar ödədim, amma mahnını götürmədim. Zəng edin bunu Hacı Nazimdən soruşun” .
Məsələyə üçüncü tərəf də qarışıb. Bəstəkar–müğənni Hacı Nazim Rəqsanənin ona borcu olduğunu deyib: “Rəqsanə 16 min dollardan cəmi 3 min dollar ödəyib. Qalanlarını kim verəcəkdi? Canerin (türkiyəli aranjemançı) əməyinin pulu ödənməli idi. Mən də, o da haqqımızı halal etmədik. Qalanını danışmaq istəmirəm. Ardını özü yaxşı bilir”.
Xatırladaq ki, jurnalist Ülviyyə Alovlu Rəqsanənin ona və digər musiqiçilərə külli miqdarda pul atdığını, bu azmış kimi cinayətkar tanışları vasitəsi ilə musiqiçilərə hədə-qorxu gəlib, o borcu unutdurmağa çalışdığını bildirmişdi.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək