17.09.2020 - 12:00
İdman
25 baxış
Bədavi Hüseynov: "Karyeramda ilk dəfə penalti vururdum"
Bu fikirləri “Report”a açıqlamasında “Qarabağ”ın futbolçusu Bədavi Hüseynov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç “Molde”sinə penaltilər seriyasında 5:6 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
29 yaşlı müdafiəçi bildirib ki, matçın keçirildiyi Kiprin Larnaka şəhərində havanın isti olması komandaya çətinlik yaradıb: “Belə havada oynamaq çox ağır idi. İki hissə ərzində yaxşı mübarizə apardıq. Təəssüf ki, penaltilərlə məğlub olduq. Bu, lotereya kimi bir şeydir. Bilmirsən ki, penaltilər seriyasında uğur kimin üzünə güləcək”.
Təcrübəli oyunçu bu məğlubiyyəti mümkün qədər tez unutmalı olduqlarını vurğulayıb: “Avropa Liqasının qrup mərhələsinə düşmə şansımız var. Sabah bizi püşkatma gözləyir, növbəti rəqibimiz müəyyənləşəcək. Ümidvaram ki, pley-off mərhələsində bundan da yaxşı çıxış edəcəyik”.
Hüseynov penalti zərbəsini dəqiq yerinə yetirə bilməməsi barədə də danışıb: “Baş məşqçimiz penaltiini vurmağı mənə tapşırdı. Mən ştatlı penalti vuran deyiləm, karyeramda ilk dəfə yerinə yetirirdim. Təəssüf ki, vura bilmədim”.
Qeyd edək ki, “Qarabağ” 6-cı penaltini Bədavi Hüseynovun dəqiq yerinə yetirə bilməməsi nəticəsində Çempionlar Liqası ilə vidalaşıb.
Açar sözlər:
#Bədavi Hüseynov
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
19.10.2026 - 17:54
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
15.10.2026 - 01:46
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
12.10.2026 - 16:44
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
12.10.2026 - 15:14
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
12.10.2026 - 12:24
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
11.10.2026 - 17:14
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
11.10.2026 - 16:04
13 yaşlı azarkeş beş il stadionlara buraxılmayacaq
11.10.2026 - 14:54
