Azyaşlının psixoloq yanında döyülməsi iddiası araşdırılır
Autizm spektr pozuntusu olan azyaşlı Aylinin (ad şərtidir) psixoloq yanında keçirilən məşğələ zamanı fiziki zorakılığa məruz qalması iddiası araşdırılır. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu bu barədə məlumat verib.
Minval.info xəbər verir ki, Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Hacıqabul Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları və Şirvan Şəhər İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın nümayəndələri uşağın yaşadığı ünvana səfər ediblər. Səfər zamanı ailənin sosial vəziyyəti və uşağın hazırkı durumu qiymətləndirilib, valideynlə söhbət aparılıb.
Hazırda faktla bağlı Şirvan Şəhər Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırma aparılır. Hadisənin bütün faktiki hallarının müəyyənləşdirilməsi və hüquqi qiymət verilməsi istiqamətində müvafiq tədbirlər görülür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı