“Aztelekom”un baş direktoru işdən çıxarıldı
“Aztelekom” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.
“Minval.info”nun Oxu.Az-a istinadən məlumatına görə, bu barədə Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev əmr imzalayıb.
Əmrə əsasən, alman əsilli Klaus Müller işdən çıxarılıb.
“Aztelekom” MMC-dən saytımıza bildirilib ki, baş direktor vəzifəsilə bağlı hər hansı bir dəyişiklik olsa, bu barədə açıqlama verilərdi.
Qeyd edək ki, K.Müller uzun müddət məzuniyyətdə olub.
Xatırladaq ki, o, 2021-ci ilin dekabr ayında MMC-nin baş direktoru vəzifəsinə təyinat alıb.
K.Müller Avropanın 12 ölkəsində sabit və mobil şəbəkə xidməti göstərən “Deutsche Telekom”un 50 min işçisi olan bölməsində əməliyyatlar üzrə direktor, Balkan ölkələrində rabitə operatorunun baş direktor müavini, Avropa və Asiyada bir neçə çoxmillətli telekommunikasiya şuralarının sədri və üzvü kimi fəaliyyət göstərib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq