Azercell-in "oflayn qadınlar" layihəsi beynəlxalq arenada necə parladı?
Azercell Telekomun qadınlara dəstək məqsədilə həyata keçirdiyi ‘Oflayn Qadınlar’ layihəsi beynəlxalq səviyyədə tanınaraq, prestijli Stevie® mükafatına layiq görülüb.
Minval.info xəbər verir ki, bu sosial təşəbbüs Avropanın ən yaxşı korporativ sosial məsuliyyət proqramları arasında yer alaraq, 23-cü ‘International Business Awards®’ müsabiqəsində ‘İlin Korporativ Sosial Məsuliyyət Proqramı’ kateqoriyasında Gümüş Stevie® mükafatı qazanıb.
‘Oflayn Qadınlar’ platforması, zorakılığa məruz qalan və ya bu riski daşıyan qadınlara hüquqları, yardım mexanizmləri və mövcud dəstək xidmətləri haqqında məlumatları maneəsiz təqdim edir. Layihə, texnologiyanın gücünü istifadə edərək, həssas vəziyyətdə olan qadınlar üçün kritik məlumatları əlçatan edir.
Bu platformanın əsas üstünlüyü, Azercell abunəçilərinin internet paketi və ya balansları olmasa belə, oflaynqadinlar.az saytına daxil olaraq lazımi məlumat və dəstək resurslarına çatmalarını təmin etməsidir.
2026-cı il ‘International Business Awards®’ müsabiqəsinə 82 ölkədən 3400-dən çox müraciət daxil olub. Müxtəlif sahələrdən olan təşkilatlar, beynəlxalq biznes ictimaiyyətinin 300-dən çox müstəqil eksperti tərəfindən qiymətləndirilib. Bu rəqabət şəraitində ‘Oflayn Qadınlar’ layihəsinin Gümüş Stevie® mükafatına layiq görülməsi, Azercell-in sosial innovasiya sahəsindəki uğurlarının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.
Azercell, korporativ sosial məsuliyyət fəaliyyətini uzunmüddətli sosial dəyər yaratmaq, rəqəmsal imkanlara çıxışı genişləndirmək və həssas qrupları dəstəkləmək istiqamətində davam etdirir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır