Azərbaycanda nağdsız ödənişlərdə əhəmiyyətli artım müşahidə olunur
Azərbaycanda nağdsız ödənişlərdə son dövrlərdə ciddi artım qeydə alınıb. Bu ilin avqust ayında nağdsız ödənişlərin ümumi məbləği ötən ilin eyni dövrünə nisbətən 8,8 faiz artaraq 8 milyard 888 milyon manata çatıb.
Minval.info xəbər verir ki, Azərbaycan Mərkəzi Bankına (AMB) əsasən, bu məbləğin 7,682 milyard manatı, yəni 86,4 faizi elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyard 204 milyon manatı POS-terminallar, 2 milyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən bu yana ölkədaxili nağdsız əməliyyatların kart əməliyyatlarının həcminin 69,8 faizini təşkil etdiyi bildirilir. Avqust ayının əvvəlinə Azərbaycanda ödəniş kartlarının sayı 22 milyon 974 min ədədə çatıb ki, bu da aylıq müqayisədə 0,8 faiz, ilin əvvəlindən isə 4,5 faiz artım deməkdir.
Debet kartlarının sayı son bir ildə 10,2 faiz artaraq 20,952 milyon, kredit kartlarının sayı isə 4,3 faiz azalaraq 2,022 milyon olub. Avqust ayında kartlar üzrə dövriyyənin məbləği debet kartları üçün 12,53 milyard manat, kredit kartları üçün isə 720 milyon manat təşkil edib.
Hesabat dövründə ölkədə bankomatların sayı 3,8 faiz artaraq 3 596 ədədə, POS-terminalların sayı isə 7 faiz azalaraq 141 696 ədədə enib. Beynəlxalq ödəniş sistemlərinin populyar olan “Visa İnternational”, “MasterCard İnternational” və digər nəhəng maliyyə qurumları Azərbaycan bankları ilə əməkdaşlıq edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Xarici şirniyyata artan tələbat: yerli istehsal niyə geri qalır?
Xorvatiyada restoranlarda menyuya iki qiymət əlavə edilir
Vergi borcu olan şirkət rəhbərlərinə ölkədən çıxış qadağası
Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: kapital və fürsətlərin görüşü
Azərbaycan manatının məzənnəsi yüksəlib
İranda dolların məzənnəsi rekord səviyyəyə çatıb