"Azarkeşsiz futbol oynamaq öz bacınla rəqs etməkdən daha kədərlidi"
İspaniya millisinin baş məşqçisi Luis Enrike ölkədə mövsümün bərpa olunmasını istəyir.
Fanat.Az AS-a istinadən xəbər verir ki, ispan çalışdırıcı azarkeşsiz futbolun isə tərəfdarı deyil. Enrike açıqlamasında qeyd edib:
“Ən qısa müddət ərzində futbolun qayıtmasını istəyirəm. Qorxmuram, öz adıma virusdan narahat deyiləm, amma bunun yaşlı insanlar və sağlamlığında problem olanlara təsir edə biləcək gücdə olduğunu bilirəm. Bir məşqçi kimi, futbolun geri dönməsinin tərəfdarıyam.
Azarkeşsiz oynamağa gəlincə, bu, öz bacınla rəqs etməkdən daha kədərlidi. Həftə sonu Bundesliqanın bir neçə matçını izlədim. Kədərli mənzərə idi. Amma unutmamalıyıq ki, bu, böyük biznesdi. Bilirəm, futbolun qayıdışı insanlara məhdudiyyətlərin öhdəsindən gəlməkdə müəyyən mənada yardımçı ola bilər. Lakin belə bir şəraitdə futbol və basketbol izləmək qəribədi”.
La Liqa koronavirus pandemiyası səbəbindən 12 martda dayandırılıb. Mövsümün 12 iyunda bərpa olunacağı bildirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək