04.11.2026 - 12:34
Demokratların liderindən xalqa müraciət: Rahatlıq uzaqda deyil
Dünya 139 baxış

Demokratların liderindən xalqa müraciət: Rahatlıq uzaqda deyil

ABŞ-da keçirilən Konqres aralıq seçkilərinin ilkin nəticələrinə əsasən, Demokratlar Partiyası Senatda üstünlük əldə edib. Partiyanın Senatdakı azlıq lideri Çak Şumer bu uğurla bağlı qələbə çıxışı edib.

Publika.az-ın məlumatına görə, CNN bu barədə xəbər yayıb. İlkin nəticələr göstərir ki, demokratlar Senatda 51 mandat əldə edərək minimal çoxluq təmin ediblər. Respublikaçılar isə hələlik 39 mandatla kifayətləniblər. Bəzi ştatlarda səslərin hesablanması davam edir.

“Bütün proqnozların əksinə olaraq, biz demokratlar Senatda qələbə qazandıq. Amerika xalqına demək istədiyimiz odur ki, rahatlıq artıq uzaqda deyil”, – deyə Şumer bildirib.

O, demokratların ölkənin müxtəlif ştatlarında insanların narahatlıqlarını dinləyərək güclü “mavi dalğa” yaratdığını vurğulayıb. Şumerin sözlərinə görə, seçicilər əsasən yüksək qiymətlərdən, xaosdan və korrupsiyadan narazılıqlarını ifadə ediblər.

Şumer demokratların nəticələrini “nəsildə bir dəfə baş verən Senat xəritəsinin yenidən formalaşması” kimi qiymətləndirərək, indi partiyanın seçicilərin gözləntilərini doğrultmalı olduğunu bildirib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: