AZAL İstanbul və Tbilisi reyslərinin sayını artırır
Azərbaycan Hava Yolları (AZAL), İstanbul və Tbilisi istiqamətlərindəki uçuşlarını artıraraq sərnişinlərə daha çox seçim imkanı təqdim edir. 4 avqust – 30 sentyabr tarixləri arasında Bakı-İstanbul marşrutu üzrə həftəlik reyslərin sayı 17-dən 21-ə, 2-30 avqust tarixləri arasında isə Bakı-Tbilisi marşrutu üzrə həftəlik reyslərin sayı 42-dən 46-ya yüksəldilib.
Minval.info xəbər verir ki, bu dəyişikliklər artan sərnişin tələbatını qarşılamaq və səyahətlərin daha rahat planlaşdırılmasına imkan yaratmaq məqsədi daşıyır.
AZAL, sərnişin axınını mütəmadi olaraq təhlil edərək uçuş proqramını bazarın ehtiyaclarına uyğun şəkildə optimallaşdırmağa davam edir. Aviaşirkət, marşrut şəbəkəsinin inkişafı və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində tədbirlər görərək sərnişinlər üçün daha əlçatan və rahat səyahət imkanları yaratmağı hədəfləyir.
Aviabiletləri AZAL-ın rəsmi saytından, mobil tətbiqindən, həmçinin aviaşirkətin kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bəhlul Mustafazadə yenidən əməliyyat masasında!
Bakıda sabah yağışsız hava, mülayim külək gözlənilir
Qanunsuz ət satışı: Sağlamlığınıza təhlükə!
Çingiz Əlioğlunun vəfatının 40-cı günü yad edilir
Xəzər üçün vahid bioresurs məlumat bazası təklifi
Ekspres avtobuslar bir gündə rekord vurdu
Türk dünyası üçün ortaq himn təklifi gündəmdə