AZAL Aktöbəyə birbaşa uçuşlara başladı
Azərbaycan Hava Yolları (AZAL) Qazaxıstanın Aktöbə şəhərinə ilk birbaşa uçuşunu həyata keçirib. Bu yeni marşrutun açılması ilə AZAL-ın Qazaxıstanda uçuş həyata keçirdiyi şəhərlərin sayı altıya çatıb.
Minval.info xəbər verir ki, Bakı-Aktöbə-Bakı istiqamətində müntəzəm reyslər həftədə üç dəfə – bazar ertəsi, çərşənbə və cümə günləri yerinə yetiriləcək. Birbaşa uçuşlar iki ölkə arasında işgüzar əlaqələrin və turizm mübadiləsinin inkişafına, eləcə də qarşılıqlı səfərlərin daha rahat təşkilinə imkan yaradacaq.
Aktöbə, Qazaxıstanın qərbində yerləşən mühüm sənaye və iqtisadi mərkəzlərdən biridir. Zəngin tarixi-mədəni irsi və özünəməxsus təbiət abidələri ilə tanınan bu region, işgüzar səfərlər edən və Qazaxıstanın qərb bölgəsinin mədəniyyəti, tarixi və təbiəti ilə yaxından tanış olmaq istəyən sərnişinlər üçün əlverişli seçimdir. Cari ildə Şımkent və Atıraunun ardınca Aktöbəyə uçuşların başlanması, AZAL-ın Mərkəzi Asiyada marşrut şəbəkəsinin genişləndirilməsi istiqamətində atdığı növbəti addımdır.
Yeni reyslər, həmçinin Qazaxıstandan səyahət edən sərnişinlərə Bakı üzərindən aviaşirkətin digər beynəlxalq istiqamətlərinə çıxış imkanı təqdim edir. Aviabiletləri Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsi və ya mobil tətbiqi, həmçinin aviaşirkətin satış ofisləri və akkreditə olunmuş agentlikləri vasitəsilə əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda metro və avtobuslarda yeni tarif tətbiqi gözlənilir
Bakı metrosu ötən ay 16 milyondan çox sərnişin daşıyıb
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Azərbaycanlı professor Müslüm Qurbanov vəfat edib
Sabah hava necə olacaq? - Proqnoz açıqlandı
Bakı-Tbilisi əlavə qatar reysində yüz faizlik doluluq qeydə alınıb
Azərbaycan elminə ağır itki