05.10.2026 - 15:03
Azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam edir
Gündəm 3 baxış

Azad edilən ərazilərdə minatəmizləmə əməliyyatları uğurla davam edir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sentyabrın 28-dən oktyabrın 4-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 31 tank əleyhinə mina, 254 piyada əleyhinə mina və 838 müxtəlif partlayıcı hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Minval.info xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) həftəlik hesabatında məlumat verilib. Hesabata əsasən, ümumilikdə 1144,9 hektar ərazi minalardan təmizlənib.

Əməliyyatlar ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN), beş yerli təşkilat və bir qeyri-hökumət təşkilatı tərəfindən Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, həmçinin Qazax rayonunun işğaldan azad edilmiş kəndlərində həyata keçirilib.

Qeyd edək ki, bu əməliyyatlar azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və normal həyat şəraitinin bərpası üçün böyük əhəmiyyət daşıyır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: