01.05.2019 - 15:00
Sumqayıtda "Azərsu"ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar var - [color=red]FOTO[/color]
Hadisə 1 baxış

"Azərsu" avtomobili qəzaya düşüb, xəsarət alanlar var

Sumqayıtda "Azərsu"ya məxsus avtomobil qəzaya düşüb, xəsarət alanlar var - [color=red]FOTO[/color]Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın yerli bürosunun məlumatına görə, qəza “Stansiya Sumqayıt” deyilən ərazidə baş verib. “Azərsu” ASC-yə məxsus “Mitsubishi” markalı minik avtomobili su daşıyan yük maşını ilə toqquşub. Qəza nəticəsində 1970-ci il təvəllüdlü Əliyev Rəhman Şükür oğlu, 1986-cı il təvəllüdlü Məmmədov Rəşad Musa oğlu və 1985-ci il təvəllüdlü Quliyev Elşad İlyas oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: