Azərbaycanlı tələbə Türkiyədə vəfat etdi - FOTO
Bu gün səhər saatlarında Azərbaycan Pedaqoji Universitetinin tarix fakültəsinin tələbəsi, 18 yaşlı Məhəmməd Zahid oğlu Qurbanov bir müddət əvvəl ağır vəziyyətdə yerləşdirildiyi Türkiyədəki Gülhanə Hərbi Tibb Akademiyasının hospitalında dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, ötən ilin sentyabr ayında Məhəmməd Qurbanovda qəfil ağırlaşmış leykoz xəstəliyi aşkar olumuşdu.
Həkim konsilumunun gəldiyi nəticəyə görə, Məhəmmədin müalicəsinin yalnız Türkiyədə mümkün olduğu bildirilmişdi. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın köməkliyi ilə ağır xəstəliyə düçar olmuş tələbə ötən ilin noyabr ayında Gülhanə Hərbi Tibb Akademiyasının hospitalına yerləşdirilmişdi.
Məhəmmədin atası Zahid Məmmədov polkovnik-leytenant rütbəsində hərbçidir. Məhəmməd hazırda Salyan rayonunda yaşayan 73 yaşlı babasının adını daşıyırdı. Mərhumun valideynlərinin müşayəti ilə cənazənin yaxın saatlarda Bakıya gətiriləcəyi deyilir.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Putinlə bağlı çoxsaylı şayiələrin pərdəarxası
Bakıda 4 avtomobili qaçıran, ev və marketdən oğurluq edən şəxs saxlanıldı
Dəniz sahilində qadın meyiti tapıldı — Foto
Azərbaycanda kişi arvadının həyatını belə xilas etdi
Sumqayıtda gənc oğlan intihar edib
Yanğın olan binada oğurluq - Polis yaxaladı
Azərbaycanda dəhşətli avtobus qəzası: Ölən və yaralananlar var