Azərbaycanlı qondarma Artsax vətəndaşı olmaq istəyib?
Bu gün Ermənistan KİV-də “Azərbaycan Respublikası vətəndaşı Rəşad Əlizadənin “Artsax Respublikası”nın vətəndaşlığını almaq xahişi ilə “Artsax Respublikası” “Xarici İşlər Nazirliyinə” müraciət etdiyi barədə məlumatlar yayılıb.
Yerli KİV bu şəxsin 2017-ci ilin noyabrında Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən 3 il Gürcüstan və Qazaxıstanda yaşadığı halda, məhkəmə vasitəsilə üzərinə 2015-ci ildə şirkət rəhbəri kimi 400 min manata yaxın borcun saxta şəkildə yazıldığını iddia edən Rəşad Əlizadə olmasını ehtimal edir.
Qeyd edilir ki, həmin borca görə Rəşad Əlizadəyə Azərbaycan ərazisini tərk etmək qadağan edilmişdi.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
Məsələ ilə bağlı Sputnik Azərbaycan-a müraciət edən Rəşad Əlizadə bildirib ki, onun separatçılara yazılan və edilən müraciətlə heç bir əlaqəsi yoxdur: “Sözü gedən Rəşad Əlizadə hər kimdirsə, onu tanımıram. Hər Rəşad Əlizadələrə görə də heç bir məsuliyyət daşımağa borcum da yoxdur”.
O qeyd edib ki, vergi ilə əlaqədar problemi olub və o problem öz həllini tapıb: “Ona da görə xahiş edirəm, mənim adımı bu cür xəbərlərdə hallandırmasınlar. Ən azından dövlətin lazımi orqanları da bilir ki, 2010-cu ildə xidmətdə olan Rəşad Əlizadə üçün dövlətinin maraqları hər şeydən vacibdir”.
“Ərazi bütövlüyü mənim üçün ailə bütövlüyündən də önəmlidir. Ona da görə sözügedən Rəşad hər kimdirsə, xahiş edirəm, məni onunla bərabər tutmayasınız” – deyə Əlizadə vurğulayıb.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Xatırladaq ki, bir müddət əvvəl Rəşad Əlizadə Sputnik Azərbaycan-a müraciət edərək, VÖEN-i olmadığı halda, üzərində 400 min manat vergi borcunun yazıldığını qeyd etmişdi. Bir müddət sonra bu anlaşılmazlığa son qoyulayaraq, onun borcu silinmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"