Azərbaycanlı müğənnidən biabırçılıq - Hamını söydü (FOTOFAKT 18+)
Səsi, istedadından daha çox erotik rəqs etməklə yaddaşlarda qalmağa çalışan müğənni Nüşabə Musayeva izləyicilərini təhqir edib.
Minval.İnfo xəbər verir ki, müğənni fotosuna mənfi rəy yazanları ən ağır ifadələrlə təhqir edib. N.Musayeva özünün rəsmi “İnstagram” hesabında fotosunu paylaşaraq, müsbət fikir bildirənlərə təşəkkür edib. Həmin fotonun şərh bölməsində isə bəzi izləyiciləri onu tənqid edib.
Buna cavab olaraq isə müğənni onların özlərini, ailə üzvlərini təhqir edib. İzləyiciləri bunun ardından ona cavab olaraq, “Günah səndə deyil, səni efirə çıxardan, reklam edib bizə müğənni kimi təqdim edəndədir”, “Müğənnimiz belə danışandan sonra başqasından nə gözləyəsən?” tipli şərhlər yazıb, onu qınayıblar.
Sosial şəbəkələrdə edilən təhqirə görə müğənni həbs cəzası da ala bilər. Mövzunu davam etdirəcəyik.
Xəbər dərc edildən sonra müğənni saytımız haqqında xoşagəlməz ifadələr işlədib, bəhs olunan paylaşımın şərh bölməsini də qapadıb.
Xəbəri hazırlayan əməkdaşımız barəsində “savadsız”, saytımız haqqında da, “Adı it dəftərində belə olmayan” sözünü işlədən müğənniyə ən qısa zamanda təhsil almasını tövsiyyə edirik. Belə ki, paylaşımında ibtidai sinif şagirdinin etməyəcəyi qədər orfoqrafik və qrammatik səhv edən müğənninin ən azı orta təhsilə ehtiyacı var.
Həmin yazışmaların fotolarını təqdim edirik:
Xüsusi qeyd: Görüntülərdə təhqiramiz ifadələr senzuralanmış halda təqdim edilir.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək


