Azərbaycanlı müəllim marş yazdı - VIDEO
Qazaxın İsmayıl Şıxlı adına Kosalar kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Rayət Əliyevin fiziki tərbiyə mövzusunda yazdığı marş bəstələnərək oxunub.
Minval.İnfo xəbər verir ki, məktəbin şagirdləri tərəfindən xorla oxunan marş hərbi-vətənpərvərliyin və fiziki tərbiyənin tərənnümü ilə diqqət çəkir. Marşın sözləri müəllimin özünə, musiqisi isə Vahid Hocaya məxsusdur.
Rayət Əliyev deyir ki, marşın ideyasının maraqlı tarixi var. Hərbi-vətənpərvərliyi və fiziki tərbiyəni təbliğ edən musiqi məktəb şagirdləri tərəfindən oxunub.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Marş Müəllif Hüquqlarının qorunması agentliyi tərəfindən qeydiyyata alınıb, Rayət Əliyevə müəlliflik hüququq verilib.
Rayət Əliyev Marşın sözlərinin hərbi vətənpərvərlik üzərində də bəstələndiyini bildirir. Müəllif yaxın zamanlarda həmin musiqinin də marş halına salınacağını deyib.
Cümşüd Məmmədov
Minval.İnfo
ƏLAQƏLİ
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO

