Azərbaycanlı iş adamı Almaniyada saxlanılıb - VİDEOREPORTAJ
Almaniyada meşə təsərrüfatına ziyan verməkdə ittiham olunan azərbaycanlı iş adamı polis tərəfindən keçirilən əməliyyat zamanı saxlanılıb.
Reynland-Pfalts Daxili İşlər Nazirliyindən “Report”un Avropa bürosuna verilən məlumatına görə, saxlanılan 42 yaşlı Azərbaycan əsilli, Rusiya vətəndaşı Afiq Qəhrəmanov 2006-ci ildə qeydiyyatı ləğv edilən “Run” tikinti şirkətinin rəhbəri olub.
O, Koblenz şəhərində mənzil tikintisi üçün icazə verilən torpaq sahəsinin planından kənara çıxaraq əlavə iki sot ərazidəki ağacları kəsməkdə ittiham olunur.
Meşə ərazisində əməliyyat keçirən Koblenz şəhər Polis Təşkilatının əməkdaşları ağacların kəsilməsini dayandırıblar. İşçilər və istifadə etdikləri texnikalar ərazidən uzaqlaşdırılıb.
A.Qəhrəmanovu Koblenz şəhərindəki yaşadığı ünvanda tapa bilməyən polis əməkdaşları onun barəsində axtarış elan ediblər.
Azərbaycanlı iş adamı Almaniyadan Hollandiyaya keçən zaman polis postunun yoxlaması zamanı saxlanılıb.
Koblenz Şəhər İdarə Məhkəməsində hakim qarşısına çıxarılan A.Qəhrəmanov barəsində 6 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Koblenz şəhər Prokurorluğunda ibtidai istintaq davam etdirilir.
https://www.youtube.com/watch?v=3R-O9mf-PtU&feature=emb_title
ƏLAQƏLİ
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı