Azərbaycanlı gənclər Tbilisidə etiraz aksiyası keçirir
Tbilisidə Gürcüstan parlamentinin arxa giriş qapılarının önündə azərbaycanlı gənclər etiraz aksiyası keçirir.
“Report”un yerli bürosu xəbər verir ki, onlar “Mən diaspor deyiləm!!!” şüarı səsləndirirlər.
İştirakçılar qanunverici orqanda Milli azlıqlarla bağlı Elmi-Məsləhət Şurasının Diaspor və Qafqaz Məsələləri üzrə Komitəsinin nəzdində yaradılmasına etiraz edirlər.
Aksiyaçıların sözlərinə görə, şuranın qeyd edilən komitə daxilində təsis olunması təsdiqləyir ki, Gürcüstan parlamenti və hökuməti ölkədə yaşayan milli azlıqları diaspor kimi qəbul edir.
Aksiyada “Salam” platformasının üzvləri, fəal gənclər iştirak edirlər. Lelo Partiyasının nümayəndəsi, keçmiş prezidentin milli azlıqlar üzrə məsləhətçisi Sofio Şamanidi də etirazçılara qoşulub.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı