Azərbaycanlı futbolçu 26 yaşında karyerasını bitirir
“Komanda axtarıram, tapa bilməsəm, karyeramı bitirəcəyəm. Mən də belə olmasını istəməzdim. Çempionatdakı komandaların yarısında oynamışam”.
Bu fikirləri “Report”a açıqlamasında “Səbail” klubundan ayrılan Elgün Nəbiyev deyib.
26 yaşlı yarımmüdafiəçi hazırda Türkiyənin İstanbul şəhərində olduğunu söyləyib: “Bakıda olanda gözlədim, heç bir klubdan xəbər çıxmadı. Ona görə Türkiyədəyəm. Qonşu ölkənin bölgə klubları və aşağı liqa təmsilçilərinə keçmək üçün çalışacağam. O da alınmasa, futbolla vidalaşacağam”.
Nəbiyev “Sabah”dan ayrılmaqla, səhv qərar qəbul etdiyini bildirib: “Sabah”dan “Sumqayıt”a icarəyə getməklə və daha sonra “Səbail”də transfer olmaqda yanlışlığa yol verdim. Fikirləşdim ki, “Səbail”də şans qazana bilərəm, bu da olmadı”.
Qeyd edək ki, Elgün Nəbiyev “Səbail”, “Zirə”, “Sumqayıt” və “Sabah”ın formasını geyinib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək