Azərbaycanla sərhəddə təlim keçən İran səhvən öz texnikasını vurdu - Yaralılar var

“Xeybər fatehləri” adlı hərbi təlimlərə zirehli bölmələr, toplar, PUA -lar, hərbi helikopterlər qatılıb.
Musavat.com xəbər verir ki, Güney Azərbaycandan Günaz.Tv-yə verilən məlumata görə, bu gün günorta saatlarında Azərbaycanın Naxçıvan Muxtar Respublikasına yaxın ərazidə keçirilən təlimlər zamanı insident baş verib.
Çulfa su anbarı yaxınlığında helikopterlərin də qatıldığı təlim zamanı yanlış atəş İran ordusunun texnikasını sıradan çıxarıb.
Məlumata görə, helikopterlər döyüş raketlərindən istifadə edib. Helikopterlərdən atılan raket yerüstü hərbi texnikaya dəyib. Hərbçilərdən ən azı 3 nəfərin ağır yaralandığı bildirilir. Hadisə nəticəsində bir neçə hərbçinin şikəst olduğu xəbər verilir.
Məlumatda bildirir ki, bu hadisə İran ordusunda təlaş yaradıb. Hərbçilər hərbi texnikanın Azərbaycan ordusu tərəfindən vurulduğunu zənn edib.
Sonra İran ordusunun hərbi komandanlığı hadisənin özlərinə məxsus helikopterdən açılan yanlış atəş nəticəsində baş verdiyini bildirib.
Musavat.com
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“İran sürücülərin sərbəst buraxılacağına ümid edir”
Gürcüstanda daha 3 221 nəfər koronavirusa yoluxub, 54 nəfər ölüb
Mövlud Çavuşoğlu: " Rusiya ilə bağlanan müqavilənin ləğvi mümkünsüzdür"
Kadırov sərhədi yenidən müəyyən edəcək
Türkiyədə son sutkada koronavirusdan 34 402 nəfər sağalıb
Gorus qubernatorunun axtarışda olan oğlu saxlanıldı
İstanbuldan Lənkərana 248 Azərbaycan vətəndaşı gətirildi