Azərbaycanın Xankəndiyə yardım göndərməsi düzgün addımdır - Tofiq Zülfüqarov
“Azərbaycanın Xankəndiyə 40 ton humanitar yardım göndərməsi düzgün bir addımdır. Azərbaycan hökuməti bu yardımı bölgədəki reinteqrasiya tərəfdarlarına göndərib. Bu o deməkdir ki, heç bir blokadadan söhbət gedə bilməz”.
Bunu Bakupost.az -a keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib.
Politoloq vurğulayıb ki, ola bilsin ki, ermənilər göndərilən humanitar yardımı qəbul etməsinlər:
“Qarabağdakı erməni separatçılar buna imkan verməyəcəklər. Mümkündür ki, yardım qəbul olunmasın. Çünki onların müxtəlif instansiyalara müraciəti məhz onunla bağlı idi ki, insanlar əziyyət çəkir, humanitar problem var. Azərbaycan tərəfi Xankəndində yaşayan ermənilər blokadada saxlayır. Rəsmi Bakının göndərdiyi humanitar yardımla onların arqumenti tam dağılır. Yalanları ifşa olunur. Sadə xalqa kimin əziyyət verdiyi ortaya çıxır”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kıbrısda yeni təkliflərə Erhürmandan sərt reaksiya
Filippinlərdə vitse-prezident Duterte ittihamları rədd edir
Güney Azərbaycan Səhənd Partiyasından Azərbaycanla bağlı bəyanat
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər