Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO

Azərbaycanın əməkdar artisti Nazim Ağayev vəfat edib.
Minval.İnfo “Report”a istinadən bildirir ki, o, uzun sürən xəstəlikdən sonra 79 yaşında dünyasını dəyişib.
N.Ağayev Lənkəran rayonunda torpağa tapşırılacaq.
Qeyd edək ki, N.Ağayev 1939-cu il yanvarın 2-də Bakı şəhərində anadan olub. 1962-ci ildə Teatr İnstitunun Musiqili komediya fakültəsinə daxil olub, 1967-ci ildə oranı müvəffəqiyyətlə bitirib. 1967-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib. Ə.Bakıxanovun dəvəti ilə xalq çalğı alətləri orkestrinin solisti olub, həmçinin Ağası Məşədibəyovun rəhbərliyi ilə ansamblda çalışıb. 1978-ci ildən “Azkonsert” Dövlət konsert-qastrol birliyinin solisti olub, müxtəlif vaxtlarda 7 bədii filmdə çəkilib. Barəsində “Bəxtimə düşən sənət” sənədli filmi çəkilib. 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə əməkdar artist fəxri adina layiq görülüb.
Allah rəhmət eləsin!
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ət bahalaşır, kolbasa istehsalı sürətlənir
Azərbaycan taekvondoçuları İsveçrədə zirvəyə yüksəldi
Mançester Yunayted və Evertondan gərgin heç-heçə
Gənc rəssamdan yaşlanmaya fərqli baxış
Abşeron çimərliklərində küləkli və isti hava gözlənilir
Emin TM: TikTok-da yeni əyləncə dalğası
Xankəndi klubunda yeni məşqçi təyinatı!