04.09.2018 - 10:46
İdman 16 baxış

Azərbaycanın FIFA referisi yoldaşlıq oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Əliyar Ağayev Rusiya və Çexiya milli komandaları arasındakı yoldaşlıq oyununa təyinat alıb.

“Report” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Ağayev sentyabrın 10-da Rostov şəhərində keçiriləcək matçın baş hakimi olacaq.

Yan xətt hakimi funksiyasını isə Zeynal Zeynalov və Rza Məmmədov yerinə yetirəcəklər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: