Azərbaycanda yeni QADAĞA tətbiq ediləcək - VİDEO
Qida Təhlükəsizliyi haqqında qanun layihəsində bəzi yeniliklər ediləcək.
Minval.info xəbər verir ki, Qida Təhlükəsizliyi Agentliyinin aparat rəhbəri Elxan Mikayılov Xəzər TV-yə bu barədə bildirib. Aparat rəhbəri deyib ki, yeniliklərdə nəzərdə tutulan əsas məqamlardan biri qida məhsullarının zənginləşdirilməsidir. Burada çörək və su kimi zəruri tələbat malları xüsusi diqqətdə saxlanacaq.
Yeni qaydalarla bəzi qidaların müxtəlif xəstəliklərə qarşı müalicə məqsədilə satışının da qarşısı alınacaq. Yəni C, D və digər belə vitaminlər apteklərdə dərman vasitəsi kimi satılmayacaq. Yeniliklərə həmçinin istehlakçıların hüquqlarının qorunması məsələləri ilə bağlı əlavələr də daxil ediləcək.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Elxan Mikayılov istehlakçılara qida alarkən diqqətli olmağı, şübhəli məqamla qarşılaşdıqda müvafiq sənədlər tələb etməyi, rastlaşdıqları çatışmazlıqlar barədə Agentliyin 1003 çağrı mərkəzinə zəng etmələrini tövsiyə edib.
https://youtu.be/JTQYuLv8tgw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO