Azərbaycanda yeni onlayn layihəyə start verilir - "OnlayNHN"
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclərin İntellektual İnkişaf Mərkəzi və ‘’Xəzər İntellektual Gənclər Klubu’’nun təşkilatçılığı ilə gənclər arasında ‘’Evdə qal, OnlayNHNə qoşul’’ şüarı ilə Nə? Harada? Nə zaman? oyunu üzrə ‘’OnlayNHN’’ layihəsinə start verir.
Layihənin məqsədi sosial izolyasiya və karantin günlərində intellektual oyun vərdişlərinin artırılması və gənclərin asudə vaxtlarının səmərəli təşkil edilməsidir. May-iyun aylarını əhatə edəcək layihə dörd turdan ibarət olacaq
‘’Quantum’’ platformasında keçiriləcək yarışlar üçün qeydiyyatdan keçərkən göstərilən mail ünvanlarına onlayn platforma haqqında videotəlimat, komanda kapitanı üçün cavabların qeyd edilməsi linki, login və parollar göndəriləcək. Komandalar müzakirələri istənilən audio və videoformatlar üzrə müzakirə edə bilərlər.
Birinci tur üçün müraciətlər 16 may saat 21.00-a qədər mümkündür. Əlavə məlumatları “Xəzər İntellektual Gənclər Klubu“ və “Xəmsə Milli İntellektual Oyunu“nun facebook səhifələrindən əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək