Azərbaycanda yeni “İbrahimbəyov ssenarisi” qurulacağı iddialarına reaksiya
Politoloq: “Düşünmürəm ki, kimsə bir nəfərin üzərində oyun qursun…”
2020-ci ildə Azərbaycanda parlament seçkiləri keçiriləcək. Seçki ili yaxınlaşdıqca ölkədə siyasi proseslərin necə cərəyan edəcəyi barədə müxtəlif proqnozlar, mülahizələr irəli sürülür. Daha çox diqqəti cəlb edən mülahizələrdən biri də Azərbaycanda 2013-cü ildəkinə bənzər yeni bir “Rüstəm İbrahimbəyov” ssenarisinin qurula biləcəyidir.
Bu barədə iddialarda deyilir ki, 2013-cü il prezident seçkiləri öncəsi olduğu kimi bu dəfə də xaricdən qurulan ssenari ilə müxalifət düşərgəsini yeni bir tanınmış şəxsin ətrafında birləşdirib həm hakimiyyətə təzyiq etməyə, həm də əslində müxalifətin də sonda uduzmasına hesablanan proses həyata keçirilə bilər. Hətta budəfəki “Rüstəm İbrahimbəyov ssenarisi”nin qəhrəmanı rolunda kimin ola biləcəyi haqda da adlar çəkilməklə mülahizələr yürüdülür. Məsələn, iddiaların birində işarə edilir ki, bu şəxs məşhur iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov ola bilər.
Musavat.com-un iyulun 22-də efirə gedən canlı yayınında debatda aznews.az saytının baş redaktoru Taleh Şahsuvarlı da “Yeni Rüstəm İbrahimbəyov hazırlanır” iddiasını irəli sürüb. Ad çəkməsə də həmin şəxsin iş adamı Mübariz Mənsimov ola biləcəyinə dolayısı ilə işarə edib.
Bəs belə bir ssenarinin hazırlanması mümkündürmü? Mümkündürsə, bu ssenarinin M.Mənsimovun üzərində qurulması inandırıcıdırmı?
Politoloq Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, seçkilər dövründə xaricdən yenə hansısa ssenarilər, oyunlar qurula bilər. Lakin xeyriyyəçi iş adamı Mübariz Mənsimovun o cür ssenarilərdə yer alması inandırıcı deyil: “Mən o fikirdən uzağam ki, Mübariz Mənsimov o cür ssenarilərdə, oyunlarda iştirak etsin və ”Rüstəm İbrahimbəyov” olmağa razılıq versin. Mənsimovla İbrahimbəyov arasında fərqliliklər var. Əvvəla, unutmayaq ki, onlar ayrı-ayrı ölkələrin vətəndaşlarıdırlar. Türkiyənin və Rusiyanın Azərbaycana münasibətləri tam fərqlidir. Bunu ciddi nüans hesab edirəm. Ona görə bu cür iddiaları ən azı tələsmiş hesab edirəm.
Digər tərəfdən, parlament seçkilərində düşünmürəm bir nəfərin üzərində oyun qurulsun. Hansısa, oyunlar qurulacaqsa ümumi proses yaratmaq şəklində qurula bilər. Parlament seçkilərində prezident seçkilərinə uyğun planların tətbiq edilməsi real görünmür”.
Mübariz Mənsimov: “Bu təxribatdır, uymayın!” – İş adamından bəyanat
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir