Azərbaycanda xərçəng xəstələrindən rüşvət alan həkim həbs edildi
Lənkəran Rayonlararası Onkoloji Dispanserinin rüşvət almaqda təqsirləndirilən baş həkimi Əli Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Minval.İnfo ölkə.az-a istinadən xəbər verir ki, məhkəmədə Ə. Əliyevlə birlikdə həbs edilən daha yeddi nəfərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmə baxışı oktyabrın 5-nə təyin edilib.
Baş hakimə qarşı Cinayət Məcəlləsinin 311.1. (Rüşvət alma, yəni vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə (hərəkətsizliyə) görə, eləcə də, xidmət üzrə ümumi himayədarlıq və ya laqeydlik müqabilində özü və yaxud üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair neməti, imtiyazı və ya güzəşti istəməsi və ya alması) və daha bir neçə maddə ilə cinayət işi başlanıb.
Onunla birlikdə Dispanserin bir neçə həkimi də həbs edilib. Həbs edilənlərin sayı ümumilikdə səkkiz nəfərdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Yaponiyada 100 yaşlıların sayı rekord vurdu
Sinə dolğuları təhlükə saçır: Nazirlikdən xəbərdarlıq!
Qarışqa dərmanı Ağdamda qadını xəstəxanalıq etdi
Ağdamda qadın həşərat dərmanından zəhərləndi
Payızın xərçəngə qalxan olan 5 möcüzəvi qidası
Salyan xəstəxanasında pişik ov səhnəsi: Siçan hədəfdə!
İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verdi