Azərbaycanda təhsil inqilabı: Hədəf liseyində vr sinfi ilə dərslər necə dəyişəcək?
Azərbaycanda ilk dəfə olaraq Hədəf Liseyi müasir texnologiyaların tədrisə inteqrasiyası məqsədilə VR sinfi qurmağa başlayıb. Bu yenilik, şagirdlərin dərsləri virtual reallıq mühitində öyrənməsinə imkan yaradacaq.
Minval.info xəbər verir ki, bu VR sinfinin əsas məqsədi tədris prosesini daha interaktiv və təcrübəyönümlü hala gətirməkdir. Şagirdlər, müxtəlif fənlər üzrə öyrəndikləri mövzuları üçölçülü virtual mühitdə təhlil etmək və müşahidə etmək imkanı əldə edəcəklər.
VR texnologiyası tarix, coğrafiya, biologiya, fizika və astronomiya kimi fənlərin tədrisində istifadə olunacaq. Şagirdlər, tarix dərslərində qədim şəhərləri və abidələri virtual olaraq ziyarət edə, coğrafiyada isə dünyanın müxtəlif bölgələrini araşdıra biləcəklər. Biologiya dərslərində insan orqanizminin quruluşunu üçölçülü modellər üzərində öyrənmək, astronomiya dərslərində isə Günəş sistemi ilə daha yaxından tanış olmaq mümkün olacaq.
ƏLAQƏLİ
Günəş tutulması şousu: 2026-cı ilin Avqustunda səmada nələr baş verəcək?
Hədəf Liseyinin qurucusu, dosent Şəmil Sadiq, layihənin məqsədinin texnologiyanı tədrisin səmərəliliyini artıran bir vasitəyə çevirmək olduğunu bildirib. O, qeyd edib ki, VR texnologiyası şagirdlərin dərsə marağını artırmaqla yanaşı, onların vizual qavrama və tədqiqatçılıq bacarıqlarını da inkişaf etdirəcək.
Layihə çərçivəsində VR avadanlıqlarının tədris proqramlarına uyğunlaşdırılması, müxtəlif fənlər üzrə virtual dərs məzmunlarının seçilməsi və müəllimlərin bu texnologiyadan səmərəli istifadəsi üçün işlər aparılacaq. Hədəf Liseyi, VR sinfinin tətbiqi ilə gələcəyin məktəbini bu gündən qurmağı hədəfləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Günəş tutulması şousu: 2026-cı ilin Avqustunda səmada nələr baş verəcək?
Yasamalda mənzil seçimi: Hazır evlər yoxsa tikinti mərhələsində olanlar?