Azərbaycanda rüşvətdə ittiham olunan vəzifəli şəxs həbs olundu
Azərbaycanda rüşvət alma və təhrikçilikdə ittiham olunan vəzifəli şəxs həbs olunub.
Minval.info xəbər verir ki, “Yeni Sabah”ın əldə etdiyi məlumata görə, Zaqatala rayon məhkəməsinin katibi Allahverənov Şahid Allahverən oğlu həbs olunub. Onun barəsində Binəqədi rayon məhkəməsinin hakimi Fərid Əmirəliyevin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Ş. Allahverənov Cinayət Məcəlləsinin 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətməyə sövq edən şəxs təhrikçi sayılır) və 312.1 (Rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi) maddələri ilə ittiham olunur.
Xəbərə görə, Allahverənov bu qanunsuzluqlara bir müddət əvvəl fəaliyyətinə xitam verilmiş Zaqatala rayon Məhkəməsinin hakimi Arif İsmayılov tərəfindən təhrik edilib.
Hazırda istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Antalyada Azərbaycanlı uşaq hovuzda boğuldu
Bakıda intihara cəhd: körpüyə çıxıb özünü bıçaqlamaq istədi - VİDEO
Üç yaşlı qız pəncərədən yıxılaraq öldü
Ailəsi ilə dalaşıb damarlarını kəsdi
55 min manata narkotik satmaq istəyənlər ələ keçdi - Foto
Novxanıda DƏHŞƏT: Kişi həyətinə girən şəxsi öldürərək basdırdı
14 yaşlı qızın qaçırılma iddiası haqda - DİN-dən açıqlama