Azərbaycanda pensiya sistemi yenilənir: Yığılan pullar necə istifadə olunacaq?
Azərbaycanda yaşlı və əlilliyi olan şəxslərin ehtiyaclarını qarşılamaq üçün yeni bir sosial sığorta sisteminin yaradılması təklif edilir. İqtisadçı Vahid Əhmədov, bu sistemin Avropa və ABŞ-da uzun müddətdir tətbiq edildiyini və insanların gündəlik qayğılarını qarşılamağa xidmət etdiyini bildirir.
Minval.info xəbər verir ki, Əhmədov, yaşlı insanların artan qulluq və tibbi ehtiyaclarını nəzərə alaraq, belə bir sistemin ölkəmizdə də tətbiqinin faydalı olacağını vurğulayıb. O, qeyd edir ki, mövcud sosial xidmət müəssisələri hər kəs üçün uyğun olmaya bilər, çünki bəzi insanlar öz evlərində qalmağa üstünlük verirlər.
Əhmədov, pensiya sistemində də dəyişikliklərin vacib olduğunu bildirir. İnsanların pensiyaya çıxana qədər ödədikləri sosial sığorta haqqının fərdi hesablarında toplandığını və bu vəsaitin müəyyən hissəsinin onların ehtiyaclarını qarşılamaq üçün istifadə edilməsinin mümkün olmasını təklif edir.
İqtisadçı, Azərbaycanın maliyyə imkanlarının belə bir modelin mərhələli şəkildə tətbiqinə şərait yaratdığını və dövlət dəstəyinin genişləndirilməsinin vacibliyini qeyd edir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım