Azərbaycanda oynamış futbolçu həbs olundu - 1 ton narkotik...
“Bakı”nın sabiq futbolçusu Serxio Kontreras Pardo həbs olunub.
Minval.info fanat.az-a istinadən xəbər verir ki, 36 yaşlı “Koke” ləqəbli oyunçu vətəni İspaniyanın Estepona şəhərində polis reydi zamanı saxlanılıb.
Veteran hücumçu narkotik ticarəti ilə məşğul olan şəbəkəyə rəhbərlik etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, ümumilikdə 20-yə yaxın şəxs tutulub. Onlardan 1 tona yaxın, dəyəri təxminən 700 min avro olan həşiş aşkarlanıb. Narkotiklərin satışına Kokenin rəhbərlik etdiyi vurğulanıb. Onun hazırda Malaqadakı polis bölməsində saxlanıldığı bildirilir.
Qeyd edək ki, Bakıda 2012-ci ildə çıxış etmiş Koke 4 il sonra karyerasını başa vurub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək