Azərbaycanda ölən 15 yaşlı qızın səs yazısı yayıldı - VİDEO
Bir neçə gün öncə Daşkəsəndə intihar etdiyi deyilən 15 yaşlı Günel Həsənovanın səs yazısı yayılıb.
Musavat.com apa tv-yə istinadən xəbər verir ki, hadisədən bir neçə gün keçməsinə baxmayaraq, bəzi məqamlar ortaya çıxıb. G.Həsənovanın valideynləri iddia edir ki, övladlarının ölümünün səbəbi intihar deyil. Valideynlərin bildirdiyinə görə, Günelin hər hansı bir psixoloji problemi olmayıb, ölmək istəməsinə səbəb olacaq hər hansı bir gərginlik yaşamayıb. Valideynləri Günelin öldürüldüyünü düşünür.
Günelin ana babası isə nəvəsinin ölümündə onun ata babasını günahkar bilir. Onun sözlərinə görə, qız babasının yanında olub, ona baba cavabdeh olub.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Hadisədən iki il əvvələ kimi mərhumun müəllimi olan İradə Zeynalova da valideynlərinin dediklərini təsdiqləyir. Güneli çox sakit, tərbiyəli və həyat dolu bir qız kimi xatırladığını bildirir.
Yaxınları deyir ki, Günelin ölümündən bir gün əvvəl atasına göndərdiyi səs heç də ölmək istəyəcək qızın səsinə oxşamır. Həmin səs yazısını sizə təqdim edirik.
Qeyd edək ki, Günel Həsənova babası ilə mövsümlə əlaqədar Astaf kəndində yaşayıblar. Faktla bağlı Daşkəsən rayonun prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.
https://youtu.be/_3_2eraseCw
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çimərliyə gedənlərin nəzərinə
“Azərlotereya”nın “Binqo” oyununda rekord cekpot qazanılıb
Ukraynada korrupsiya qalmaqalı böyüyür
Natiq Zərbalı: "Yeni zolaqdan sonra vəziyyət daha da çətinləşdi"