Azərbaycanda mobil telefonların "qiymət uçurumu"
Müasir dövrdə yeni nəsil smartfonlar artıq həyatımızın ayrılmaz hissəsinə çevrilib. Telefonlar həm həyatımızı asanlaşdırır, həm də dünyaya olan çıxışımıza şərait yaradır.
XXI əsrdə nadir hallarda smartfon işlətməyən insanlara rast gələ bilərik. Yeni telefon almaq istəyən insanları mobil cihazın həm funksiyaları, həm də onun qiyməti maraqlandırır. Əslində, alıcıları telefonun funkisiyalarından daha çox, onun qiyməti maraqlandırır.
Son 1-2 il ərzində telefon bazarına öz sərfəli və yüksək funksiyaları ilə alıcılara cəlbedici görünən smartfonlar arasında “Xiaomi” markalı telefon xüsusi yer tutub. Çin istehsalı olan bu smartfon “ucuz qiymət, yüksək keyfiyyət” şüarı ilə satıldığından xarici ölkələrdə və həmçinin Azərbaycanda kifayət qədər alıcısı var. Lakin bəzən ucuz qiymət şüarıyla satılan telefonlar ölkəmizdə xaricdəki qiymətlərdən daha baha satılır.
Nümunə olaraq “Xiaomi” markalı telefonun son modeli olan “Xiaomi Mi8” modelinin Avropa və Azərbaycan qiymətlərini müqayisə edə bilərik. Avropada satılan “Xiaomi Mi 8” telefonunun qiymətinin 450$ (765 AZN) olsa da, eyni modelin qiyməti “Kontakt Home” mağazasında 1099 AZN-dir. Arada olan 334 AZN qiymət fərqi müəyyən suallar doğurur. Görəsən baş verən bu “qiymət uçurumu” nəyə lazımdır? Axı bu telefonlar alıcıları öz qiyməti ilə cəlb edir.
Telefonların xaricdəki ilə bizim ölkədə olan qiymətlər arasında yaranan “qiymət uçurumu”nu son 1 ildə artan qeydiyyat rüsumu ilə əlaqəli olduğu ortaya çıxır. Lakin bu da əsl səbəb deyil. Əgər həqiqətən də artan qiymətlər qeydiyyat rüsumunun qalxması ilə əlaqəli olsaydı, arada 300-400 AZN qiymət fərqi yox, maksimum 30-40 AZN fərq olardı.
Qeyd edək ki, telefonlarla bağlı qeydiyyat rüsumunun qalxması Nazirlər Kabinetinin 31 iyul qərarı ilə təstiqlənib.
Vüqar Mirzəbəy
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq