"Qəbələ"nin futbolçusu İspaniyaya qayıdıb
“Qəbələ”nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə vətəni İspaniyaya yollanıb.
Bu barədə “Report”a klubun prezidenti Fariz Nəcəfov məlumat verib.
O bildirib ki, 25 yaşlı yarımmüdafiəçi ailə vəziyyəti ilə əlaqədar ölkəsinə gedib: “Lopeslə gündəlik təmasdayıq. Hazırda o, ailəsi ilə bərabərdir və hər şey qaydasındadır”.
F.Nəcəfovun sözlərinə görə, son günlər daha bir neçə legioner futbolçu ölkəsinə qayıtmaq istədiyini bildirib: “Amma indiki halda bu, bir qədər mümkünsüz görünür. Klubumuzun bütün üzvlərinə evdə qalmağı və digər insanlarla maksimum az təmasda olmağı tövsiyə etmişəm”.
Qeyd edək ki, İspaniya (140 510) ABŞ-dan (367 659) sonra koronavirusa ən çox vətəndaşının yoluxduğu ikinci ölkədir. İndiyədək bu Avropa ölkəsində pandemiyadan 13 798 nəfər dünyasını dəyişib. Ölüm sayından İspaniya yalnız İtaliyadan (16 523) geri qalır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
PSJ-dən dünyanı "silkələyəcək" 3 transfer
"Fənərbağça" Mesut Özillə anlaşdı
Rikkardo İtaliya Qran Prisinin qalibi olub
Hər kəs 63 yaşlı nənə və 18 yaşlı nəvəsindən danışır - FOTOLAR
DÇ-də uduzan daha bir milli komandada istefa
“Real”dan “Roma”ya 60 milyonluq təklif