Ağcabədidə yeni il gecəsini qeyd edən gənclər qəbiristanlıqda barbarlıq edib
Bayram gecəsi əylənən, yeyib-içən bir neçə gənc içkili halda kənd qəbristanlığına girib və qəbirləri dağıdıb. Bəzi qəbirlərə isə təhqiramiz hərəkətlər ediblər.
Minval.info xəbər verir ki, hadisə Ağcabədi rayonu Qaravəlli kəndində olub. Bu kənd sakinlərini qəzəbləndirib və onlar magistral yolu bağlayaraq hadisəni törədənlərin dərhal cəzalandırılmalarını tələb ediblər.
Həmin şəxslər araşdırmalar nəticəsində polis tərəfindən tapılıb və bölmədə yeni il gecəsi törətdikləri əməli etiraf ediblər.
Məlumata görə, hadisəni törədənlər, kənd sakinləri İbrahimov Qorxmaz Şirinqulu oğlu, İbrahimov Amil Qorxmaz oğlu, İbrahimov Samir Qorxmaz oğlu, İbrahimov Elgiz Cəfərqulu oğlu, Bayramov Ruslan Yelmar oğludur.
Onlar bəzi qəbirlərin ətrafını, bəzilərinin üzərindəki mərməri, bəzilərinin isə ətrafındakı əklil və güldanları dağıdılıb. Sərxoş halda qəbirlərin üzərinə çıxaraq rəqs edib, qəbirlərə spirtli içki töküb və başdaşlarını çartladıblar.
Bu azmış kimi qəbiristanlıqdan su çəni kimi xoşlarına gələn şeyləri də oğurlamaq istəyiblər, sərxoş olduqları üçün gücləri çatmayıb, bir müddət sürüyüb sonra elə oradaca atıb gediblər.
Bütün bunların hamısını qəbiristanlığa girdikləri maşının işığında ediblər.
Məlumata görə ümumilikdə 12 qəbirə ziyan dəyib.
Kənd sakinlərinin redaksiyamıza göndərdikləri görüntüləri təqdim edirik:
Anar Əhmədli
Minval.İnfo