Azərbaycanda xidmət müddəti azaldılacaq və ödənişli sistem tətbiq olunacaq? – Ekspertdən açıqlama
Ölkədə müddətli həqiqi hərbi xidmətin qısaldılması və alternativ olaraq ödənişli modelin tətbiq edilməsi ehtimalları zaman-zaman cəmiyyətdə geniş müzakirə olunur. Xüsusilə də qlobal və regional geosiyasi gərginliklərin artdığı bir vaxtda bu cür islahatların yaxın gələcəkdə reallaşıb-reallaşmayacağı diqqət mərkəzindədir.
Minval.info xəbər verir ki, mövcud təhlükəsizlik mühitini dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev yaxın vaxtlarda hərbi xidmət qaydalarında hər hansı güzəştin olunacağını real hesab etmir. Ekspertin fikrincə, dünyada hərbi münaqişələrin miqyası səngimək əvəzinə daha da genişlənir və bu reallıqlar fonunda Azərbaycanın hərbi xidmət müddətini azaltması və ya ödənişli xidmətə keçməsi gündəmdə deyil.
Ə.Verdiyev qeyd edib ki, bu məsələlərə yalnız regionda tam sabitlik bərqərar olduqdan və ölkəmizə yönələn təhlükəsizlik riskləri minimuma endikdən sonra baxıla bilər. O, xüsusən Ermənistanla sülh müqaviləsinin imzalanması və ətrafımızdakı toqquşmaların yekunlaşmasının əsas şərt olduğunu vurğulayıb.
Ödənişli hərbi xidmət modelinə də toxunan ekspert, mövcud şəraitdə bu addımın atılmasını gözlənilən hesab etmir. Beləliklə, xidmət müddətinin azaldılması və ya ödənişli modelə keçid birbaşa gələcək hərbi-siyasi şəraitdən və regionda davamlı sülhün bərqərar olmasından asılı olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
NATO İtaliyada illik nüvə təliminə başlayır
ABŞ İranı hədəf alan intensiv hərbi əməliyyat planı hazırlayıb
Pakistan Yəməndəki müharibəyə hava əməliyyatları ilə qoşuldu
ABŞ İranla müharibədə 81 hava vasitəsini itirib
Türkiyənin Səudiyyə Ərəbistanında hərbi bazası qurula bilər
ABŞ-ın dünyanın müxtəlif bölgələrində yerləşən bombardmançı bazaları