Azərbaycanda DƏHŞƏT: şəkil çəkdirmək faciə ilə nəticələndi, 3 nəfər öldü
Cəlilabad rayonunda üç nəfərin ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatları məlum olub.
“Report”un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Gülməmmədli kəndində qeydə alınıb.
ƏLAQƏLİ
Sea Breeze yolunda kilometrlərlə tıxac: Sürücülər saatlarla yollarda qaldı — VİDEO
Belə ki, rayonun İnili kənd sakinləri, 2015-ci il təvəllüdlü Yaqubov Həmzə və onun atası Yaqubov Nizami, həmçinin qardaşlar – 2004-cü il təvəllüdlü Yaqubov Həsən Rizvan oğlu və 2005-ci il təvəllüdlü Yaqubov Hüseyn Rizvan oğlu ehtiyatsızlıqdan İncəçay su anbarına düşüblər.
Su anbarına düşənlərdən yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu digər üç şəxsin meyitini taparaq aidiyyəti üzrə təhvil verib.
Məlumata görə, hadisə su anbarının yanında şəkil çəkdirmək istəyən zaman baş verib. Faktla bağlı araşdırma aparılır.
https://youtu.be/9b-J_nJwMt0
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Dirilən Adam” serialı - Tezliklə AZTV-də (VİDEO)
Qadın müəllimin geyimi sosial mediada müzakirələrə səbəb oldu - VİDEO
SON DƏQİQƏ! Türkiyədə təyyarə qəzaya uğradı - Ölənlər var - VİDEO
