Azərbaycanda ərəblərlə bağlı biabırçı olay - FOTO
Qubaya istirahətə gedən turistlər qəribə hadisə ilə rastlaşıb. Quba sakini Qəçrəş kimi tanınan ərazidə dağın yamacına qalxmaq istəyən bir qrup ərəb turisti ora buraxmayıb.
Minval.info xəbər verir ki, bu barədə məlumatı “cebhe.info”ya səfəri təşkil edən turizm şirkətinin nümayəndəsi verib.
Belə ki, özünü təqdim etməyən gənc oğlan ailələri ilə yamaca qalxmaq istəyən ərəb turistlərə yaxınlaşaraq girişə görə 1 manat ödəniş tələb edib.
Bundan əsəbləşən turistin yanındakı turizm şirkətinin nümayəndəsi ilə “yamac sahibi” arasında mübahisə yaranıb:
“Mən dedim ki, dağ millətindir, dövlətindir, şəxsi əmlak deyil, buna görə niyə ödəniş etməliyik? O isə dedi ki, buranı özəlləşdirmişəm. Güya sənədləri də var. Tələb etdim, amma sənədləri gətirmədi. Sadəcə yanımdakı turistlər mübahisə böyüməsin deyə yamaca qalxmaq fikirindən daşındılar. Biabırçılıqdır. Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir”.
Minval.info

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
UNEC rektoru təhsil müddətinin azaldılmasını dəstəkləyir
Ahıllara qayğı: Mərkəzlərdə artan müraciətlər
Zirə və Qarabağ: Məğlubedilməzlik seriyası təhlükədə!
Qara dənizdə dron hücumu: Azərbaycanlılar hədəf alındı
Bakı Metropolitenində yeni maliyyə rəhbərliyi təyinatı
Bakıda yağmursuz hava, rayonlarda leysan gözlənilir
Vikinqdə heyət dəyişikliyi: Sabah üçün şans?