Azərbaycanda 2 qanun ləğv edilir
Azərbaycanda iki qanun ləğv edilir.
Minval.info APA-ya istinadən xəbər verir ki, “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunların ləğv edilməsi barədə qanun layihəsi parlamentdə müzakirəyə çıxarılacaq.
Layihənin qeyd hissəsində bildirilir ki, “Tibbi sığorta haqqında” qanunda “İcbari sığortalar haqqında” və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlarda nəzərdə tutulmuş sığorta haqqından ayırmaların icbari tibbi sığortanın maliyyə mənbələri sırasından çıxarılması təklif edilir.
“Tibbi sığorta haqqında” qanunda yuxarıda qeyd olunan dəyişikliklər təklif edildiyindən adıçəkilən qanunların ləğvi nəzərdə tutulur.
Sənəd Milli Məclisin dekabrın 3-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı