Azərbaycan və Belarus prezidentləri arasında telefon danışığı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya telefonla zəng edib.
Bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Prezident İlham Əliyev Belarus Prezidentini ikinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və Belarus idmançılarının bu yarışlarda qazandığı uğurlar münasibətilə təbrik edib. Dövlət başçısı eyni zamanda Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb, Belarus xalqına tərəqqi və firavanlıq arzulayıb.
Belarus Prezidenti Aleksandr Lukaşenko təbriklərə və xoş sözlərə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Dövlət başçıları ölkələrimiz arasında ikitərəfli dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və əlaqələrimizin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Hər hansı “seçki”dən danışmaq heç bir sağlam məntiqə sığmır”
ABŞ hərbi helikopterləri Türkiyəyə təhvil verdi
Deputatların koronavirus testinin nəticələri açıqlandı
Oyunlar mütləq pozulacaq – Yıldırımdan sərt açıqlama
Bakıda Rusiya və Türkiyə XİN başçılarının görüşü keçirilir