Azərbaycan: Türkiyə ilə şəhərlərarası aviareyslərin sayı 3 dəfə artırılır

Türkiyə ilə Azərbaycan arasında şəhərlərarası sərnişin aviareyslərinin sayı təxminən 3 dəfə artırılır.
İndiyədək həftədə 45 dəfə olan uçusların sayı həftədə 127 reysədək artırılacaq.
Bu barədə məlumatı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, sərnişin aviareyslərinin artırılması Azərbaycan Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyənin Mülki Aviasiya Baş Direktorluğu arasında olan razılığa əsasında olub.
Nazirliyin məlumatında o da yer alıb ki, “uçuş hüququ Azərbaycanın və Türkiyənin bütün aviaşirkətlərinə şamil ediləcək”.
Bakıda keçirilən görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri də iştirak edib. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat xidmətindən BBC News Azərbaycancaya deyiblər ki, aviareyslər daimi olaraq fəaliyyət göstərəcək və mövsümü deyil.
Eləcə də aviareyslərin yalnız paytaxdan deyil, eləcə də regionlarda olan hava limanlarından həyata keçiriləcəyi bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanla Türkiyə arasında turizm sahəsində əməkdaşlıq müzakirə olunub
Sarkisyan aprel döyüşləri barədə: “Xəstələrlə işim yoxdur”
İranın Qərbi Azərbaycan əyalətində zəlzələ olub
Ərdoğan: “Rusiyanın qərarı qəbuledilməzdir”
Azərbaycanın Ermənistana qaytardığı 5 hərbçidən biri saxlanılıb