Azərbaycan şirkəti mobil bomba sığınacağı hazırlayıb – FOTO
Azərbaycanda fəaliyyət göstərən özəl sektor şirkətlərindən biri mobil bomba sığınacağı dizayn edib.
“AzeriDefence”nin məlumatına görə, artıq Azərbaycan Ordusuna da verilmiş bu sığınacaqlar istənilən əraziyə daşınaraq rahatlıqla qurula bilir.
Paslanmayan və qəlpə keçirməyən materialdan hazırlanmış böyük diametrli borunu xatırladan bu sığınacaq kabinəsində havalandırma sistemi və daxildə inanların oturması üçün oturacaqlar mövcuddur.
Sığınacaqlar ərazidə torpağa basdırılaraq üzəri torpaqlanır və örtülür. Ehtiyac duyulduqda həmin sığınacaqları çıxarıb digər ərazidə qurmaq mümkündür.
Ehtiyaca uyğun olaraq sığınacaqlar radiasiya və kimya hücumlarından heyəti qorumaq üçün filtirasiya sistemi ilə təchiz edilə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx