Azərbaycan restoranları nə qədər qazanır?
Yanvar-fevral aylarında Azərbaycanda ictimai iaşə dövriyyəsi, yəni restoran və kafelərin gəliri 193 milyon manat olub.
Minval.İnfo Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə restoranların gəliri 3,6 faiz artıb.
İctimai iaşə sahəsinin böyük hissəsi 190,5 milyon manatı özəl sektorun, 2,5 milyon manat isə dövlət sektorunun payına düşür.
Özəl restoranlarda dövriyyəsinin 40,4 faizi şirkətlərə məxsus olan restoranların, 59,6 faizi isə fiziki şəxs olan fərdi sahibkarlara məxsus restoranların payına düşür.
Ötən illə müqayisədə dövlət restoranlarının gəlirləri təqribən 8% azalıb. Özəl sektorda isə 3,8% artım baş verib.
Hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 76,7 milyon manat təşkil edib.
Fərdi sahibkarların restoranlarında isə dövriyyə 4% artaraq 113,8 milyon manat olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
AMB iqtisadi artım proqnozlarını yeniləyib
Azərbaycan mərkəzi bankının valyuta məzənnələri (31.07.2026)
Azərbaycanda əhalinin gəlirləri 15 % artıb
Maaşa əlavələri necə almaq olar? - Açıqlama
Sabah Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Türkiyəyə ianələrlə bağlı Azərbaycan banklarından QƏRAR