Azərbaycan qeyri-neft ixracını 44% artırıb
Bu ilin ilk yanvar-noyabr aylarında Azərbaycanın ixracının dəyəri 19,8 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixracının dəyəri isə 2,4 milyard ABŞ dolları təşkil edib.
Minval.info bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixracın dəyəri 721 milyon ABŞ dolları və yaxud 44% artıb.
2021-ci ilin 11 ayında ixrac olunmuş meyvə-tərəvəz məhsullarının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 259 min ABŞ dolları artaraq 549,8 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində qeyri-neft ixracında pambıq iplik 3,4 dəfə, qara metallar və onlardan hazırlanan məmulatlar 2,3 dəfə, kimya sənayesi məhsulları 2,7 dəfə, pambıq lifi 70,2%, şəkər 29,8%, alüminium və ondan hazırlanan məmulatlarda isə 69,3%, artım qeydə alınıb.
Normallaşma prosesinin davam etdiyi dövrdə noyabr ayı üzrə ixrac 2,95 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 58,7% təşkil etməklə 307,2 mln ABŞ dolları olub. 2021-ci ilin noyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 1,6% artaraq 98,9 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 2,2 dəfə artaraq 208,3 milyon ABŞ dolları təşkil edib.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İşğaldan azad olunan ərazilərdə hansı sənaye məhəllələri yaradıla bilər?
Evlərin və bağların aylıq kirayəsi bahalaşdı
Dünya bazarında neftin qiyməti kəskin şəkildə artıb
SOCAR rəsmisi: “Azərbaycan Rusiyadan qaz idxal etmir”
Manat tam üzən məzənnəyə keçəcək
Azərbaycan neftinin qiyməti 81 dolları keçib