Azərbaycan Pauerliftinq Federasiyasında təyinat - FOTO
Azərbaycan Pauerliftinq idman federasiyası ciddi islahatlara başlayıb. Pauerliftinq idman növünün ölkəmizdə gələcək inkişafına töhvə vermək üçün milli komandaya yeni baş məşqçi təyin edilib.
Belə ki, Azərbaycan Pauerliftinq Federasiyasının prezidentinin əmrinə əsasən Əməkdar məşqçi Azər Mustafayev, milli komandamıza rəhbərlik edəcək. Eyni zamanda əməkdar idman ustası, Dünya və Avropa çempionu Hafiz Verdiyev, Federasiyanın Prezidentinin köməkçisi təyin edilib.
Hazırda milli komanda qarşıdan gələn 4-8 dekabr Rusiyanın, Moskva şəhərində keçiriləçək Dünya çempionatına hazırlaşır. Bu yarışda yeni baş məşqçi ilə yanaşı, yığmamıza rəhbərliyi APF-nın prezidenti Ələddin Əliyev və Federasiyanın vitse-presidenti Rüfət Ağayev edəcəklər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək
